Rauf Əliyev “İnter”in yalanını üzə çıxardı - Fotolar

rauf-eliyev-interin-yalanini-uze-cixardi
Oxunma sayı: 1163

“İnter”in futbolçusu Rauf Əliyevin Albaniyanın “Kukesi” klubuna transferində problem yarandığı haqda xəbər vermişdik. 

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi millimizin hücumçusunun klubla 2018-ci ilin yayına qədər müqaviləsi olduğunu əsas gətirərək “Kukesi”dən təzminat tələb edir. Rauf isə “İnter”lə müqaviləsinin başa çatdığını deyir.
 
O, bu gün AFFA və PFL tərəfindən təsdiq olunmuş müqaviləsinin surətini  qol.az-ın redaksiyasına göndərib. 5-ci maddədə onun "İnter"lə müqaviləsinin bu il iyunun 30-da bitdiyi qeyd olunub.