Rauf Əliyev Mərdəkan və Şağanda seçicilərlə görüşdü - Fotolar

rauf-eliyev-merdekan-ve-saganda-secicilerle-gorusdu
Oxunma sayı: 1610

Bu gün 09 fevral 2020-ci il tarixdə keçiriləcək Parlament seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülən Rauf Asif oğlu Əliyevin Xəzər rayonunun Mərdəkan və Şağan qəsəbə sakinləri ilə görüşü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vurğulayıb ki, partiya parlament seçkilərinə böyük inamla gedir. O, 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən partiyanın deputatlığa namizədinin növbəti dəfə Rauf Asif oğlu Əliyev olduğunu bildirib. O, YAP-ın deputatlığa namizədi Rauf Əliyevin tərcümeyi-halı, əmək və siyasi fəaliyyəti, eləcə də ötən 5 ilə yaxın müddətdə gördüyü işlər haqqında geniş məlumat verib.

Deputatlığa namizəd Rauf Əliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirərək bu şərəfli və məsuliyyətli yolda dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirdi və Daha Güclü Azərbaycan Naminə Yeni Azərbaycan Partiyasına səs verməyə çağırıb.

Görüşdə çıxış edən ağsaqqallar və ziyalılar 09 fevral 2020-ci il tarixində keçiriləcək Parlament seçkilərinə gələrək Rauf Əliyevə səs verəcəklərini bildiriblər.