Rauf Əliyev “Neftçi”də

rauf-eliyev-neftcide
Oxunma sayı: 1080


“Qafqazinfo”nun qol.az-z istinadən məlumatına görə, millimizin üzvü karyerasını “Neftçi”də davam etdirəcək.

Paytaxt klubu ilə hərtərəfli razılığa gələn 25 yaşlı hücumçunun sabah 1.5 illik müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, 7 il “Qarabağ”ın şərəfini qoruyan R.Əliyev 2013-cü ildə “Bakı”ya keçib. Ötən ilin iyul ayında isə “Xəzər Lənkəran”a transfer olunan hücumçu cənub klubunda cəmi 5 ay çıxış edib.