Xəbər verildiyi kimi, casusluqda ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov bu gün 84 yaşında vəfat edib.
Mirqədirovun atasının dəfnində iştirakına icazə verilməsi ilə də bağlı xəbər vermişdik.
“Qafqazinfo”nun yas mərasimində olan əməkdaşının sözlərinə görə, artıq R. Mirqədirov evinə gəlib.
Çəkilişə icazə verilməsə də əməkdaşımız bir neçə foto lentə almağı bacarıb. Həmin fotoları təqdim edirik:
Qeyd edək ki, jurnalistə 3 gün evində qalmağa icazə verilib.
***
Vəkil Elvin Süleymanov Rauf Mirqədirovun adından xüsusi bəyanatla çıxış edib. O, R. Mirqədirovun indiyədək səsləndirdiyi bütün bəyanatların arxasında dayandığını lakin bu gun onun üçün belə bir şəraitin yaradılmasına görə təşəkkürünü bildirdiyini deyib. Çəkilişə icazə verilməməsinin səbəbi isə Mirqədirovun təhlükəsizliyini təmin etmək üçün olub.
Onu da qeyd edək ki, H. Mirqədirov artıq “Qurd Qapısı” qəbiristanlığında dəfn edilib.
***
Rauf Mirqədirov jurnalistlərə açıqlamasında “Mənə heç bir təzyiq olmayıb, özümü rahat və gümrah hiss edirəm” deyib.
Son xəbərlər
Son Xəbərlər