Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur

rauf-mirqedirov-dovlete-xeyanetde-ittiham-olunur
Oxunma sayı: 4046


Onun sözlərinə görə, bu barədə ona Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən bildirilib: “İdarənin müstəntiqi İbrahim Ləmbəranski mənə zəng edərək Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin açıldığını və təqsirləndirilən şəxsin hüquqlarının mənim tərəfimdən müdafiə olunmasını istədiyini bildirdi”.

F. Ağayev həmçinin jurnalistin saxlanıldığı yerin də artıq müəyyən edildiyini deyib: “Rauf Mirqədirov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır”.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.