"Qafqazinfo" “Media forum” saytına istinadən xəbər verir ki, Rauf Mirqədirovun atası mayın 24-də vəfat edib. İstintaq altında olan jurnalist həmin gün Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından müvəqqəti azadlığa buraxılmışdı.
“Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovu aprelin 19-da MTN tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.
Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.
Son xəbərlər
Son Xəbərlər