“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Fuad Ağayev Facebook səhifəsində məlumat yazıb: “Bir neçə gün bundan əvvəl müstəntiq İbrahim Ləmbəranski ilə Rauf Mirqədirovun atasının 40 mərasiminə buraxılması barədə telefonla bir neçə dəfə danışdıq. Raufun bu günkü mərasimə gətirilməsi ilə bağlı hələ ötən həftənin əvvəli Baş Prokuror, Baş Prokurorun birinci müavini, Milli Təhlükəsizlik Naziri, müstəntiqə hələ ötən həftə ərizələrimiz göndərilmiş və çatdırılıb. İndicə müstəntiqə zəng vurub, Raufun hələ gətirilməməsini bildirdikdə, İ.Ləmbəranski söylədi ki, ona nə bizim məktublar verilib, nə də ki, göstəriş... Bu nə deməkdir?”.
Son xəbərlər
Son Xəbərlər