Rauf Mirqədirovun anası əfv üçün müraciət etdi

rauf-mirqedirovun-anasi-efv-ucun-muraciet-etdi
Oxunma sayı: 891

Həbsdə olan jurnalist Rauf Mirqədirovun ailəsi tərəfindən prezidentə müraciət edilib.

“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin anası Rəfiqə İsayeva özü məlumat verib. R.İsayeva 2 gün bundan qabaq özü və ailəsi adından ölkə başçısı İlham Əliyevə teleqram vurub: “Prezident İlham Əliyevə yazdım ki, məni qəbul etsinlər, dərdimi dinləsinlər. İlk başda prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, ictimaiyyətdən xahiş edirəm ki, Novruz Bayramı ilə bağlı veriləcək əfv sərəncamına oğlum Raufun da adını salsınlar”.