Rauf Mirqədirovun həbs müddəti uzadıldı

rauf-mirqedirovun-hebs-muddeti-uzadildi
Oxunma sayı: 714


“Qafqazinfo” xəbər verir ki, vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində istintaq orqanın R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb. 
 
Məhkəmə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib.
 
Qeyd edək ki, bundan əvvəl R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
 
R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.