“Biz Rauf Əliyevlə iki dəfə müqavilə bağlamışıq. Onun yaydığı müqavilə 2015-ci ildə Beynəlxalq Bankın vaxtında bağlanandır. İkinci müqavilədə isə açıq aydın göstərilir ki, 2018-ci ilin iyunun 30-a kimi bunun müqaviləsi var”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov deyib. O bildirib ki, hər şey qaydalar əsasında həll olunmalıdır:
“Rauf Əliyevə müqaviləni göstərdik. Deyirəm ki, qayda var, qanun var. Müqavilələrin hər ikisi məndən qabaq imzalanıb. AFFA və FİFA-nın qayda-qanunları var, biz də əməl edirik. Rauf orda müqavilə imzalamaq üçün rəsmi məktubla müraciət etməlidir. Müraciət də hələ ki, kluba gəlməyib. Biz kontraktı onlara göndərəsiyik. İndi o orada müqavilə bağlaya bilirsə, bağlayacaq. Qanunsuzdursa, qayıdıb gələcək. Jurnalistər bu məsələni çox da şişirtməsin. Bizim onunla qərəzimiz yoxdur, ancaq hər şey qanun çərçivəsində olmalıdır. Onlar bizə məbləğ təklif etməli, biz də danışıqlar aparıb razılığa gəlməliyik”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər