İspaniyanın “Real” klubunun keçmiş hücumçusu Raul yenidən doğma komandasına qayıtmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məlumata görə, Raul Madrid klubunda baş direktorun köməkçisi vəzifəsini tutacaq. O həmçinin, “Real”ın Valdebebasdakı bazasını idarə edəcək.
Xatırladaq ki, Raul 1994-2010-cu illər aralığında “Real”ın formasını geyib. Daha sonra isə ulduz futbolçu “Şalke”, “Əl-Sədd” və “Nyu-York Kosmos”da çıxış edib.
Son xəbərlər
Son Xəbərlər