İspaniya “Real”ının sabiq futbolçusu Raul Qonzales yenidən keçmiş komandasına qayıdıb.
“Qafqazinfo” Madrid klubunun saytına istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, “Real”ın ikinci komandası sayılan “Kastilya”ya rəhbərlik edəcək.
“Real”ın sabiq kapitanı ilə bağlanılan müqavilənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, 1994-2010-cu illərdə “Real”da çıxış edən Raul 550 oyuna 228 qol vurub.
Son xəbərlər
Son Xəbərlər