Rayon maşınları yoxlanılır- - Bakı-Sumqayıt yolunda tıxac+Fotolar

rayon-masinlari-yoxlanilir-
Oxunma sayı: 5355


"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Aytən Əhmədəova sosial şəbəkədə yazıb. O bildirib ki, 2 saatdır tıxacda qalıblar. Jurnalist qeyd edib ki, yolda maşınlar bir-bir yoxlanılır və bu da tıxacın yaranmasına səbəb olub.

Qeyd edək ki, dünəndən etibarən rayon qeydiyyatında olan maşınların Bakıya girişinə qadağa qoyulub.

***

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, Bakı-Sumqayıt yolunda əsas yolu bağlayıblar. Yoxlama isə Riyad Ticarət Mərkəzinin qarşısında yolun yalnız sağ hissəsində aparılır. 

Murad Əhməd