“Qafqazinfo”ya daxil olan məlumata görə, rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub. Yaşıl marafon çərçivəsində keçirilən aksiya zamanı 2000 ədəd yeni ağac əkilmiş, əvvəl əkilmiş 2000 ədəd ağaclara qulluq göstərilib.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.
Bu günkü iməclik həm də bu il Bakı şəhərində keçiriləcək İlk Avropa Oyunları ərəfəsində paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəsini verəcək.
Son xəbərlər
Son Xəbərlər