Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağcabədi şəhərində yol-nəqliyyat qəza hadisəsi baş verib.Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ" markalı minik avtomobilin sürücüsü yaralanıb, 2 nəfər sərnişini isə qəza nəticəsində vəfat edərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:31-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər