Rayonda bıçaqlanma

rayonda-bicaqlanma
Oxunma sayı: 841


Xaçmaz RPŞ-dən “Qafqazinfo”ya verilən xəbərə görə, şəhər ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən şəhər sakini Vüqar Mahmudov (1988-ci il təv) bıçaqlanıb, zərərçəkən boğaz və döş qəfəsinin kəsilmiş-dəşilmiş yaraları ilə Mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb və əməliyyat olunub.

Dərhal sonra hadisə barədə məlumat polis şöbəsinə verilib, hazırda cinayətin açılması istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır.

RPŞ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma ) maddəsi ilə cinayət işi başlayıb.

Ceyhun