Rayonda hesabat toplantısı keçirildi

rayonda-hesabat-toplantisi-kecirildi
Oxunma sayı: 684


“Qafqazinfo” xəbər verir ki, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin üzvü Mixail Zabelin, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 10 aprel 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərin fərəh və qürur verici olduğunu bildirib. Bakı şəhərinin ən böyük rayonu olan Qaradağ rayonunun hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini qeyd etdi. 

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən rübün yekunlarına əsasən rayon üzrə 150,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib, iqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 129,5 min ton xam neft və 91,4 milyon kub metr təbii qaz hasil olunub.

Hesabat yığıncağının iştirakçıları adından İlham Əliyevə müraciətin qəbul edilib.