Rayonda kütləvi xəstəlik yayılıb - - Video

rayonda-kutlevi-xestelik-yayilib-
Oxunma sayı: 2240


“Qafqazinfo” Türkel TV-yə istinadən xəbər verir ki, mənşəyi tam aydın olmayan bu xəstəliyə yoluxan inəklərin əvvəlcə bədənində iri suluqlu səpkilər əmələ gəlir, heyvanların ağzından su gəlir, onlar  iştahadan tam kəsilir və qısa müddət ərzində necə deyərlər, bir dəri, bir sümük qalır. Yerli sakinlərin dediyinə görə, kənddə artıq bir neçə inək bu xəstəlikdən tələf olub. Kənddə son günlər durumun  kəskinləşməsi ilə bağlı baytarlıq idarəsi gücləndirilmiş iş rejiminə keçib. Mal-qaraya antibiotik preparatlar vurulub.  Hələlik müsbət nəticə əldə olunmayıb. Xəstəlikdən heyvanlar tələf olsa da baytarlar insan üçün təhlükə olmadığını deyir. Belə ki, bu tip heyvan xəstəliklərinin birbaşa insan  orqanizmininə yoluxması mümkün deyil.