Rayonda Mülki Müdafiə tədbiri keçirilib

rayonda-mulki-mudafie-tedbiri-kecirilib
Oxunma sayı: 1152

1 Mart - Ümümdünya Mülki Müdafiə günü ilə bağlı Səbail rayonunda silsilə tədbirlər keçirilir.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə Səbail Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Səbail Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Səbail Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, bələdiyyənin əməkdaşları, rayon Veteranlar təşkilatlarının, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 239 saylı orta məktəbin direktoru, əməkdar müəllim Sədaqət Əzimova açıq elan edərək tədbirin keçirilmə məqsədi barədə danışıb.

İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev bildirib ki, Ümümdünya Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunub və bir sıra tədbirlər hazırlanıb.

Rayonun Fovqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir.

Çıxışlardan sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Tədbirdə məktəb şagirdlərinin iştirakı ilə hadisə zamanı məktəb binasında qalan yaralılar həyətə çıxarıldılar. Onlara ilkin tibbi yardım göstərildi və təcili yardım maşınları ilə xəstəxanalara aparıldılar.