Rayonda taxıl biçini haqda – - Müşavirə

rayonda-taxil-bicini-haqda-
Oxunma sayı: 1305


“Qafqazinfo” xəbər verir ki, yığıncaqda RİHB-nın kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Horadiz şəhər, Bala Bəhmənli, Əhmədbəyli kənd Aqroservis filiallarının mütəxəsisləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd təsərrüfatı üzrə idarə və müəssilərin nümayəndələri, fermerlər iştirak edib. Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, taxıl biçininə hazırlığın gedişi və yığım qərargahı barədə məlumat verib.

Alı Alıyev bildirib ki, ölkə prezidenti İlham Əliyev  tərəfindən 2015-ci il respublikada kənd təsərrüfatı ili elan edilib. Qeyd edib ki, 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi və 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə ehtibarlı təminatına dair Dövlət proqramı Füzuli rayonunda diqqət mərkəzində saxlanılır və bu sahədə işlər uğurla həyata keçirilir. Rayonda strateji məhsul olan taxılçılığın inkişafı xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür. 

Alı Alıyev müşavirə iştirakçılarının nəzərinə çatdırıb ki, 2015-ci  ilin  məhsullu üçün rayonda 31794 hektar  sahədə  dənli-taxıl  bitkiləri  əkilmişdir.  Bu  əkinlərin 19116  hektarını  buğda, 12678 hektarını  isə  arpa  bitkisi  təşkil  edir.

Horadiz Aqroservis filialı tərəfindən texnikanın vəziyyəti və kombynların  təhkim olunma qrafiki barədə məlumat verilib.