İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 21 aprel 2014-cü il tarixdə rayon ərazisində yerləşən 37 nömrəli şəhər poliklinikasında həyata keçirilmiş növbəti müayinə zamanı yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocağına gələrək tibbi müayinədən keçib. Müayinədən keçənlər arasında təkrar tibbi müayinədən keçənlər də olub və onlarda əvvəlki müayinə zamanı aşkar olunmuş xəstəliklərinin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
37 nömrəli şəhər poliklinikasının baş həkimi Təranə Məmmədova poliklinikanın yerləşdiyi ərazi üzrə ümumilikdə 2856 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 360 nəfərə ambulator, 26 nəfərə stasionar müalicə təyin edildiyini bildirib.
Fevralın 17-dən etibarən artıq rayon üzrə 54604 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 7029 nəfərə ambulator, 172 nəfərə stasionar müalicə təyin edilib.