Rayonda yarış keçirildi

rayonda-yaris-kecirildi
Oxunma sayı: 742


“Qafqazinfo”ya daxil olan məlumata görə, finalda zona mərhələsinin qalibi olmuş 6 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçirilən bu yarışda daha güclü olan H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin komandası 1-ci yeri, Yasəf Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbin komandası 2-ci yeri, N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbin komandası 3-cü yeri tutublar. Qaliblər Gənclər və İdman idarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar. 1-ci yeri tutmuş H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin komandası bu yaxınlarda Goranboy rayonunda keçiriləcək Respublika birinciliyinin zona mərhələsində iştirak etmə hüququ qazanıb.