“Qafqazinfo” xəbər verir ki, bu sözləri nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında deyib. "İyunun 1-dən qeyri-qanuni taksi fəaliyyətində istifadə olunan, rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə daxil olması qadağan olunacaq"-deyən, nazir müavininin sözlərinə görə, bundan başqa, rayonlardan şəxsi işləri üçün paytaxtda gələnlərin də avtomobilləri Bakıya buraxılmayacaq.
O, deyib ki, Bakı şəhərinə öz işləri ilə məşğul olmağa gələnlər üçün şəhərin ətrafında, həm şimal, həm də qərb hissəsində xüsusi mühafizə olunan dayanacaqlar nəzərdə tutulub. "Onlar bu dayanacaqlarda nəqliyyat vasitələrini saxlaya bilərlər. Belə şəxslərin şəhərin mərkəzinə, metro dayanacaqlarına gəlmələri üçün avtobuslar təşkil olunacaq”, - deyə M. Pənahov vurğulayıb.
Nazir müavini sözlərinə əlavə edib ki, bu qərar I Avropa Oyunları ilə əlaqədar şəhərdə nəqliyyatla bağlı problemlərin olmaması məsədilə qəbul edilib. “Bu qərar şəhərin mərkəzi hissəsində nəqliyyat axınının azalmasına yönəldilib. Bu qərar Avropa Oyunlari ilə əlaqədar qəbul edilib və müvəqqəti xarakter daşıyır. Çünki, kifayət qədər böyük tədbir olduğunu nəzərə alaraq sərnişin axınının tənzimlənməsi, eyni zamanda idmançıların və onlara bərabər şəxslərin oyunların keçiriləcəyi yerlərə vaxtında çatdırılmasına şərait yaratmağa yönəldilib”-deyə, M. Pənahov daha sonra qeyd edib.
Son xəbərlər
Son Xəbərlər