Rayonlar üzrə yoluxma faizi açıqlandı

rayonlar-uzre-yoluxma-faizi-aciqlandi
Oxunma sayı: 5711

Bölgələrdə koronavirusa ən çox yoluxma halı Gəncə-Qazaxda (10,3%) müşahidə olunub. 

“Qafqazinfo” xəbər verir ki, Aran bölgəsində 8,1%, Lənkəranda 6,4%, Quba-Xaçmazda 1,7%, Şəki-Zaqatalada 1,5%, Dağlıq Şirvanda 1,5%, Yuxarı Qarabağda 1,2%, Naxçıvanda isə 0,3% yoluxma faktı müəyyən olunub.

Bundan başqa, Abşeronda 15,3% və son olaraq Bakıda 52% yoluxma halı var.

Qeyd edək ki, Azərbaycanda indiyə kimi 13207 virusa yoluxma halı qeydə alınıb. Onlardan 7168 nəfəri sağalıb, 161 nəfəri isə ölüb.