Rayonlara dolu düşəcək - Xəbərdarlıq

rayonlara-dolu-dusecek
Oxunma sayı: 3333

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.  

“Qafqazinfo”nun məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-i axşamdan 6-sı səhərədək qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə iyunun 5-i axşamdan 7-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.