“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qaz nəqli sistemində siyirtmənin əvəz olunması, qaz tənzimləyici qurğunun dəyişdirilməsi, qaz kəmərinin mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Qusar rayonuna, İsmayıllı, Tovuz, Şəmkir, Masallı, Şamaxı və Cəlilabad rayonlarının bir hissəsinə, saat 20:00-dək isə Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.