Rayonlara yağan güclü dolu evlərə ciddi ziyan vurub

rayonlara-yagan-guclu-dolu-evlere-ciddi-ziyan-vurub
Oxunma sayı: 1995


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə,  saat 22.00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu təsərrüfata ciddi ziyan vurub, meyvə ağacları, taxıl sahələri yararsız hala düşüb.

Dolu dənələrinin böyük olması səbəbindən evlər və sosial obyektlərin dam örtüyü, habelə avtomobillər də ciddi ziyan görüb.

Rayonların enerji təsərrüfatında da problemlər yaranıb, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.

Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.  

Yerli sakinlər belə dolu yağışının uzun illərdir, müşahidə olunmadığını bildirirlər.