Rayonlara yağış yağacaq

rayonlara-yagis-yagacaq
Oxunma sayı: 1430


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya  daxil olan xəbərə görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 6-10° isti, gündüz  15-20° isti, gecə 8-10° isti, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı  756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 % , gündüz  50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli  yağış yağacağı ehtimalı var.  Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-20°, bəzi yerlərdə 24° isti,  dağlarda gecə 3-8° isti, gündüz 11-16°,  bəzi yerlərdə 19° isti olacağı gözlənilir.