Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər