Rayonlarda 865 taksinin fəaliyyətinə icazə verildi

rayonlarda-865-taksinin-fealiyyetine-icaze-verildi
Oxunma sayı: 1329

Regionlarda 865 şəxsin taksi fəaliyyətinə icazə verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yayıb. 

O bildirib ki, taksi sürücüləri icazə üçün regionlardakı “Azərpoçt” MMC-nin mərkəzi poçt filiallarına müraciət edirlər. 

Hazırda DANX-ın müfəttişləri müraciət edən sürücülərin qeydiyyatını təmin etmək üçün poçt filiallarında xidmət göstərir.