Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər

rayonlarda-karantin-rejimi-yeniden-sertlesdirile-biler
Oxunma sayı: 5336

"Bakıda son günlər yoluxma hallarında artım müşahidə olunur".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki,  bundan sonrakı yoluxma sürəti vətəndaşların məsuliyyətindən asılıdır:

"Biz yumşalma addımlarını atırıq, amma hər kəs bilməlidir ki, maskadan istifadə və məsafə saxlamaq əsas davranışlarımız olmalıdır. Maskaların taxılmamasına görə ciddi qərarlar qəbul ediləcək. Tələbata uyğun olaraq maska istehsalı da artırılması nəzərdə tutulur. Evdə maska hazırlanması qaydası da əhaliyə təqdim olunub. Bununla bağlı bəhanə gətirilməməlidir. 

Qeyd etdiyimiz rayonlarda yoluxma halları azalmazsa, artım davam edərsə, həmin rayonlarda karantin qaydası sərtləşdiriləcək. Bu qərarların müzakirəsi Operativ Qərargahın masası üzərindədir".

Murad Əhməd