Rayonlarda qar gözlənilir

rayonlarda-qar-gozlenilir
Oxunma sayı: 1147


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 28-də Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 01-02-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.