“Rayonumuzu Təmiz Saxlayaq” layihəsi keçirilir

“Rayonumuzu Təmiz Saxlayaq” layihəsi keçirilir
Oxunma sayı: 1064

Binəqədi rayonunda yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə “Rayonumuzu Təmiz Saxlayaq” adlı layihə həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, keçirilən layihənin əsas məqsədi ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Layihə çərçivəsində məişət tullantılarının daşınması, müxtəlif növ mövsümi ağacların əkilməsi nəzərdə tutulub.