Razi Nurullayev nazirliyə müraciət etdi -

razi-nurullayev-nazirliye-muraciet-etdi-
Oxunma sayı: 955


 “Qafqazinfo” ya daxil olan müraciətdə bildirilir ki, ötən gün AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadının Nərimanov şöbəsinin sədr müavini Bəhruz Tağızadənin cebhe.info-da müsahibəsi yayılıb. Sözügedən müsahibədə Ə. Kərimlinin siyasətini sərt tənqid edilib: “Üstündən bir neçə saat keçəndən sonra B. Tağızadə facebook səhifəsində video-müraciət yayaraq “liderim Əli Kərimlidir” deyib. Həmçinin qeyd edib ki, dostları ilə məni “şantaj və ifşa” etmək üçün razılaşdırılmış addım atıb. B. Tağızadənin yaydığı video-müraciətdən sonra onun bizim tərəfdarlarımızla facebook yazışması var və skrin-şotlar saxlanılıb. O, bizi anlaqlı olmağa və onu başa düşməyə dəvət edir. Biz onun video, audio və sosial şəbəkə yazışmalarını, yazdığı SMS-ləri də mətbuatda verməyəcəyik. İnsan şəxsiyyətini alçaltmaq, onu təhqir etmək, şantaja məruz qoymaq və ailələri dağıtmaq bizlik deyil. Amma, Bəhruz bəyi, eləcə də bundan sonra onlarla qurbana çevriləcək insanları Əli Kərimlidən, onun söyüş və “təhqir zavodu”nda beyinləri yuyularaq zombiləşdirilmiş adamlarından qorumaq üçün hökumətə müraciət etmək qərarına gəldik. Mən Milli Təhlükəsizlik Nazirliyinə və Daxili İşlər Nazirliyinə müraciət edərək B.Tağızadənin şantaj olunması və az qala özünəqəsd vəziyyətinə gətirilməsi məsələsinin ciddi araşdırılmasını rica edirəm”.

“Qafqazinfo”