"Qafqazinfo"ya daxil olan məlumata görə, səfir əvəzi Andrzej Kneifel ilə görüşən politoloq ona ölkədəki ictimai-siyasi vəziyyət barədə məlumat verib və Azərbaycanın demokratik qüvvələrinin Azərbaycan hakimiyyətinin Şərq Tərəfaşlığı çərçivəsində Assosiasiya Sazişi ilə bağlı apardığı yubatma və imtina siyasətini bəyənmədiklərini səfirin nəzərinə çatdırıb.
Bununla bərabər, həbs edilən onlarla vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, siyasətçilər, bloger və jurnalistlərin həbsi ətrafında, o cümlədən bir sıra digər siyasi və ictimai əhəmiyyət daşıyan məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə edilib.
Son xəbərlər
Son Xəbərlər