Razi Nurullayevi dəstəkləyən AXCP-nin Ağstafa rayon şöbəsinin fəalları konfrans keçirib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, rayon şöbəsinin nəzdində olan 25 dayaq dəstəsindən 19-u konfransda iştirak edib. Tədbirdə dayaq dəstəsinin yetər sayı olduğuna görə etibarlı sayılıb. Konfransda AXCP-də yaranmış son durum müzakirə edilib. Müşavirədə iştirak edən AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Ələddin Kəsəmənli, partiyada və ölkədə baş veren siyasi proseslərdən danışıb. Çıxış edənlər Əli Kərimlinin apardığı siyasətin partiyanı uçuruma yuvarladığını, vəziyyətdən çıxmaq üçün onun sədrlikdən istefa verməli olduğunu bildiriblər. Sonra təşkilati məsələyə baxılıb. Maarif Məhəmmədəli oğlu Salahov yekdilliklə AXCP Ağstafa rayon şöbəsinin sədri seçilib. Kamal Pənah oğlu Verdiyev Ali Məclisin üzvü, Yaşar Zirəddin oğlu Babayev, Aqşin Biləndər oğlu Hüseynov və Fizuli İsmayıl oğlu Nəsibov Nəzarət Təftiş Komissiyasının üzvləri seçiliblər. Elbəyi Məhəmmədəli oğlu Əliyev, Teymur Əhməd oğlu Mehdiyev, Maarif Məhəmmədəli oğlu Salahov, Kamal Pənah oğlu Verdiyev, Yaşar Zirəddin oğlu Babayev, Aqşin Biləndər oğlu Hüseynov, İmran Pənah oğlu Verdiyev, Fizuli İsmayıl oğlu Nəsibov, Əliyev Baba Alı oğlu, Rövşən Mehbalı oğlu Nəbiyev, Səxavət Sabir oğlu İsmayılov və Sərxan Elxan oğlu Mərdanov AXCP Etimad Qurultayına nümayəndə seçiliblər. Xatırladaq ki, bir müddət əvvəl Ağstafa polisi Razi Nurullayevi dəstəkləyən cəbhəçilərə hücum etmişdi və müşavirənin keçirilməsinə maneəçilik yaradıb.
Son xəbərlər
Son Xəbərlər