Bu gün qardaş Türkiyədə baş verən terror aktı partiya olaraq bizi dərindən kədərləndirdi. Terror aktları hər zaman günahsız insanların amansızcasına qətlinə hesablanıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, bu sözləri yeni elan olunmuş AXCP-nin sədri Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, bu qanlı hadisəni törədənlər ən amansız, ən sərt cəzaya layiq cinayətkarlardır: “İnanırıq ki, tez bir zamanda Türkiyə qatilləri aşkar edib cəzasını verəcək və onu da bilirik ki, şanlı türk ulusunu bu yollarla qorxutmaq olmaz. Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq türk qardaşlarımıza, Türkiyə dövlətinə, hadisədə şəhid olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir, hər zaman Türkiyənin yanında olduğumuzu bildiririk”.
Son xəbərlər
Son Xəbərlər