Bu gün Razi Nurullayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq yayılan məlumatlara aydınlıq gətirib. Onun sözlərinə görə, bir aydır mətbuatda çıxış etmir:
“Bir sıra dostlar, yaxınlar mənə zəng edib açıqlama verməyimi istəyiblər. İlk dəfə olaraq “Qafqazinfo” əməkdaşının israrından sonra bu gün mətbuata açıqlama verirəm. Bildirirəm ki, mənim səhhətimin ağır olduğu barədə yayılan bəd xəbərlər həqiqəti əks etdirmir. Sağlığımda ciddi problem yoxdur. Sadəcə müayinə və müalicə almaq məqsədilə Türkiyəyə getmişdim. Orada müəyyən müayinələrdən keçdim. Məlum oldu ki, orqanizmimdə müəyyən problemlər var. Bu məqsədlə də əməliyyat olundum. Hazırda yaxşıyam. Səhhətimə qovuşmuşam. Bir neçə gündən sonra işə başlayacam”.
Günel
Son xəbərlər
Son Xəbərlər