Razi Nurullayevdən hakimiyyətə işləməsi ittihamına - - Reaksiya

razi-nurullayevden-hakimiyyete-islemesi-ittihamina-
Oxunma sayı: 1314


“Məni necə tanıyırsınızsa, necə görmüşsünüzsə elə də qalıram. Dünən Əli Kərimli məni evinə dəvət etdi. Müavinlikdən çıxardığını söylədi. Təklif etdi ki, partiyadan istefa verim. Fakt gətirmədən ümumi sözlər danışdı. O ümumi sözləri, hər kəs hər gün deyir. Partiyada haqqında “satqın” damğası vurulan az adamlardan biri mən idim. Digərləri haqqında axtarış edin və görün ki, onlar haqqında nələr yazılmayıb.

Əsas olmadan məni partiyadan çıxmağa məcbur etdi. Partiyadan öz xoşumla getməmişdim. Çünki, mən içəridə mübarizə aparıb onu içindən dəyişmək istəyirdim. O isə, partiyaya şirkəti kimi baxdığından buna təhamül edəmədi.

Əli Kərimliyə ən yaxın olanlar zombiləşmiş və öz əqidəsi və düşüncəsi ilə hərəkət etməyənlərdir. Rəyasət Heyətində ağıllı və müstəqil söz deyənləri qəbul etmirlər. O, insanlar abır və həyasına bürünüb səslərini çıxarmırlar. Mən onların səsi olacağam. Onarın ürəklərində saxladıqları və dilə gətirmədiklərini hər gün bir-bir açıqlayacağam.

Gözəl Bayramlı, Həsən Kərimov, Natiq ədilov və Fuad Qəhrəmanlı kimi qaragüruhla əhatə olunan sədr kənardan gələn sağlam düşüncəyə və müstəqil fikrə düşməndir. Qaragüruhun ən öndə olan hissəsi budur. Onlardan kiçikləri isə onlardan ilham alanladır. Sədr də ancaq onları o yan bu yana çəkib nəsə piçi-pıçı qururdu. Başa düşmürdü ki, Rəyasət Heyəti dediyi və onlarla adamı topladığı qurumda digərlərinin hissiyatını və qürurunu təhqir edir.

Rəyasət Heyəti və ondan aşağı qurumlarda özünə “İşverən”lər, “Yastı Salman”lar və “Yalıncıq”lar komandası düzəldib özünə sədr. Bunların əlindən heç kim göz aça bilmir.

İndi AXCP-dən mən də getdim. Fərqli baxış və fərqli imic mən idim. İndi qaldı Əli Kərimli və onu əhatə edən qaragüruh zehniyyəti! Amma, mübarizəmiz davam edir. Partiyanı bu qaragüruh zehniyyətindən qurtarmaq üçün daha səylə işləyəcəyik”.