Razi Nurullayevin görüşləri davam edir - Fotolar

razi-nurullayevin-gorusleri-davam-edir
Oxunma sayı: 1190

Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir. “Qafqazinfo” xəbər verir ki, fəallığı ilə seçilən 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayev İmişli Olimpiya İdman Kompleksində seçicilərlə görüşüb. Tədbirə yüzlərlə rayon sakini qatılıb.

Razi Nurullayev çıxışında hər zamankı kimi diqqətləri vətəndaşın problemlərinə, sıxıntılarına çəkib. Və o hər zamankı kimi bu problemləri sadalamaqla yanaşı, bu problemlərdən çıxış yollarından, bu istiqamətdə nələr edəcəyindən, etmək istədiyindən danışıb. Razi Nurullayev bildirib ki, vətəndaşlar, özəlliklə rayon, kənd sakinləri çox ağır güzəranda yaşayırlar və deputat kimi gələcək fəaliyyəti məhz bu problemlərin həllinə yönəldiləcək.

Razi Nurullayev ona qarşı təxribat hazırlayan rəqiblərinə də səslənərək, onları sivil mübarizəyə, xalqın qəzəbindən qorxmağa çağırıb.

Tədbirdə rayonsakinləri, ağsaqqalları, ədəbiyyat adamları, namizədin orta məktəb müəllimləri də çıxış ediblər.