Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
"Qafqazinfo" xəbər verir ki, namizəd yanvarın 31-də Kürdmahmudlu, Hacalmuradlı və Xəlfəli kəndlərində görüşlər keçirib. Razi Nurullayev hər zaman olduğu kimi əsas sosial, iqtisadi problemlərə toxunub vətəndaşı narahat edən bu problemlərdən çıxış yollarından danışıb.
Razi Nurullayev, bir daha uşaq pulu məsələsinə toxunaraq qeyd edib ki, bu məsələni daim diqqətdə, gündəmdə saxlayacaq və həyata keçməsi üçün əlindən gələni edəcək.
Namizəd işsizlik problemi də toxunub və platformasında yer alan İmişlidə sənaye parkının yaradılması fikrini, təklifini seçicilərə izah edib.
Namizədin doğulub boya-başa çatdığı Xəlfəli kəndində görüşdə onun müəllimləri də çıxış edərək, Razi Nurullayevin uşaqlığından danışıb, müəllim olaraq tələbələri ilə qürur duyduqlarını dilə gətiriblər.
Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.




Son xəbərlər
Son Xəbərlər