Razi Nurullayevin seçicilərlə görüşləri davam edir - Fotolar

razi-nurullayevin-secicilerle-gorusleri-davam-edir
Oxunma sayı: 1721

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayev rayon və kənd əhalisiylə görüşlərini davam etdirir. "Qafqazinfo" xəbər verir ki, seçicilərlə görüşən Razi Nurullayev vətəndaşları narahat edən bir çox məsələlərə toxunub. 

Şəhid ailələrinin, qazilərin qayğılarından danışan deputatlığa namizəd bildirib ki, bir icra başçısının, bir imkanlı şəxsin bir şəhid ailəsinə, bir qaziyə mənzil, avtomobil bağışlaması ümumi problemi həll etmir. Namizəd vurğulayıb ki, bu cür problemlər kompleks şəkildə həll olunmalıdır. Razi Nurullayev bununla bağlı hökumətə təkliflər verdiyini deyib. O, bundan sonra da bu məsələləri gündəmdə saxlayaraq həllinə çalışacağını bildirib.

Daha sonra Razi Nurullayev vətəndaşların irad və şikayətlərini dinləyib. Öncəki deputatların etimadlarını doğrultmadığını deyən sakinlər, ümidsiz olduqlarını bildiriblər. Razi Nurullayev isə insanları inamlı olmağa çağıraraq, əsas fəaliyyətinin, missiyasının insanların üzünü güldürmək, vətəndaşa ümidli gələcək vermək olduğunu vurğulayıb.

Razi Nurullayev yanvarın 21-də İmişlinin Muradallı, Otuziki və Nurulu kədinin sakinləri ilə görüşüb. Burda da kənd sakinləri artıq deputatlara, məmurlara inamlarının qalmamasını, ümidsiz olduqlarını dilə gətiriblər. Razi Nurullayev isə kənd sakinlərinə söz verib ki, əgər seçkilərdə qalib gələrsə öz fəaliyyətiylə vətəndaşın millət vəkillərinə itmiş inamını geri qaytaracaq.

Razi Nurullayev yanvarın 22-də Xoşçobanlı və Murğuzallı kəndlərinin sakinləri ilə görüşüb. Orda da digər görüşlərdə olduğu kimi cəmiyyətin əsas problemlərə toxunan Razi Nurullayev vətəndaşla məmurlar arasında uçurum olduğunu deyib. O, bildirib ki, xalqın problemlərini dəqiq bilmək üçün sadə yaşam tərzi keçirmək, tez-tez xalqın arasında olmaq lazımdır:

Razi Nurullayev yanvarın 23-də rayonun bir neçə qəsəbəsində, eləcə də Mürsəlli və Qaraqaşlı kəndlərində vətəndaşlarla görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib. Sədr burda da insanları maraqlandıran əsas problemlərə toxunub. Vətəndaşın evsizlik promlemini dilə gətirən Razi Nurullayev, bu problemin həlli üçün Avropa nümunəsinin tətbiqini məqbul hesab etdiyini deyib.

Deputatlığa namizədin seçicilərlə görüşləri davam edir.