“RE-TAŞ” inşaat market dizaynerləri yarışmaya dəvət edir

re-tas-insaat-market-dizaynerleri-yarismaya-devet-edir
Oxunma sayı: 2072

“RE-TAŞ” inşaat market özünə güvənən dizaynerləri yarışmada iştirak edib qaliblərdən biri olmağa dəvət edir.

Şərtlər çox sadədir:

  1. “re_tas_insaatmarket” instagram səhifəsini izləmək.
  2. “RE-TAŞ” Ceramic markasına aid olan keramoqranit teksturalarından istifadə etməklə dizayn həlli tərtib etmək.
  3. Hazırlanmış işləri [email protected] elektron ünvanına ad, soyad, mobil nömrə və keramoqranitin kodu ilə göndərmək.

Göndərilən işlər “re_tas_insaatmarket” instagram səhifəsində yerləşdiriləcək. Seçilmiş işlər 21 may tarixində professional münsiflər heyəti tərəfindən müəyyən edilərək finala vəsiqə qazanacaq.

Final mərhələsində isə qaliblər müəyyən edilərək sertifikat və dəyərli hədiyyələrlə təltif ediləcəkdir.

Final mərhələsində münsiflər heyətinin səsverməsindən əlavə olaraq instagram səhifəsindən gələn “Like” lar da nəzərə alınacaqdır.

Münsiflər heyəti “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti”, “Azərbaycan Dövlət Rəssamlıq Akademiyası” və “Azərbaycan Memarlıq və İnşaat Universiteti”-dən olan müəllimlərdən ibarətdir.

Mükafatlar:

1-ci yer Apple İphone 13-128GB

2-ci yer Apple watch

3-cü yer 31.5´Full HD monitor 60 Hz

Əlavə olaraq 4-cü və 5-ci yerlərin sahiblərinə həvəsləndirici mükafatlar.

Finalçıların hər birinə münsiflər heyəti tərəfindən sertifikatlar.

Yarışma barədə ətraflı məlumat linki:

https://drive.google.com/file/d/1JYf-QoxnINeIac-M-fBdHIpGjR7PxsOW/view?usp=share_link

Keramoqranit teksturalarını yükəmək üçün link:

https://drive.google.com/drive/folders/11XkPI7xNnZxD7aN2boGjZmR0N2PiVIxp?usp=share_link

Qeyd edək ki, “RE-TAŞ” inşaat market 2022-ci ilin yanvar ayından fəaliyyət göstərir. Marketdə ən qabaqcıl inşaat materialları istehsalçılarının məhsulları sərgilənir. “RE-TAŞ” inşaat marketin əsas devizi keyfiyyətli inşaat materiallarını istehlakçılara təqdim etməkdir.

Əlaqə: *5111