Qvatemalada zorakılıq qurbanı olan və tərk edilmiş uşaqlar üçün reabilitasiya mərkəzində güclü yanğın olub.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, paytaxt Qvatemala Siti şəhərindən 25 kilometr cənubda yerləşən San Xose Pinula bələdiyyəsi ərazisində yerləşən mərkəzdə baş verən yanğında azı 19 uşaq ölüb, 25 nəfər xəsarət alıb.
Yerli mətbuatın bildirdiyinə görə, 400 yerlik pansionatda 540 uşaq məskunlaşıb.
Son xəbərlər
Son Xəbərlər