“Real 1 milyon izləyicisi olan mənəm”

real-1-milyon-izleyicisi-olan-menem
Oxunma sayı: 2461

Müğənni Natavan Həbibi müzakirələrə səbəb olacaq açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, sənətçi AzTV-də yayımlanan “Telesəhər” proqramında qonaq olarkən instaqramda bir milyondan artıq izləyicisi olan tanınmışlara söz atıb. 

Natavan həmkarlarının izləyici saylarının saxta olduğunu iddia edib: “İnstaqram Azərbaycanda ilk dəfə mənim səhifəmi özü təsdiqləyib. Sən demə, Azərbaycan üzrə ilk həqiqi bir milyon izləyicisi olan mənəm. Səhifəni pulla təsdiqlətmək istəyi mənə gəlsə də, qəbul etmədim. Dedim ki, İnstaqram mənə pul verə bilər, amma mən ona yox”.