“Real” 16 yaşlı futbolçu üçün 67 milyon dollarından keçəcək

real-16-yasli-futbolcu-ucun-67-milyon-dollarindan-kececek
Oxunma sayı: 729

Madrid “Real”ı “Flamenqo” klubunun16 yaşlı braziliyalı yarımmüdafiəçisi Vinisius Junioru öz sıralarına qoşmağa çalışır.

“Qafqazinfo”un “Globo.com”a istinadən verdiyi məlumata görə, transferin məbləği 67 milyon dollardır (61 milyon avro). 

Futbolçunu “Barselona” klubu da əldə etmək istəyir və bunun üçün 25 milyon avro (27,5 milyon dollar) təklif edib, lakin məbləğin azlığına görə rədd cavabı alıb. 

Qeyd olunur ki, Juniorun “Real”a gəlişi 2018-ci ilin yayından öncə reallaşacaq.