“Real” 3 xalı 3 qolla qazandı

real-3-xali-3-qolla-qazandi
Oxunma sayı: 2868

Futbol üzrə İspaniya La Liqasında 33-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, lider “Real” bu dəfə səfərdə “Osasuna” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib - 3:1.

Madridin digər təmsilçisi “Atletiko” isə “Qranada” ilə ev oyununda xal itkisi ilə üzləşib - 0:0.

Səfərdə “Selta” ilə qarşılaşan “Xetafe” 3 xalı 2 cavabsız qolla qazanıb.

İspaniya La Liqası
33-cü tur

20 aprel

Atletiko – Qranada 0:0

Selta – Xetafe 0:2
Qol: Mayoral, 23; 51.

Osasuna – Real 1:3
Qol: Budimir, 13 – Alaba, 12. Asensio, 45. Lukas, 90+6.