“Real” azarkeşləri deyir ki...

real-azarkesleri-deyir-ki
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Madridin “Real” klubu ilə yaxın əlaqələri olan qəzet sorğuda azarkeşlərin Qonzalo İquayna münasibətini öyrənməyə çalışıb. Respondentlərin 68 %-i argentinalı forvardın “Real”dan getməsini istəməyib. Qalan 32 % isə İquaynı yola salmağa “hazırdır”. Azarkeşlərə ünvanlanan növbəti sual isə İquayn satılacağı halda komandaya kimin gətirilməsi haqda olub. Fanatların 58 faizi “Mançester Siti”nin 23 yaşlı forvardı Serxio Aqüeroya üstünlük verib.

Qeyd edək ki, Londonun “Çelsi” klubu 24 yaşlı futbolçunu transfer etməyə əsas namizəddir. “Zadəganlar” forvarda görə “kral klubu”na 40 milyon avro təklif edir.

Ceyhun Əhmədov