“Real” azarkeşləri Ronaldonu niyə fitə basır?

real-azarkesleri-ronaldonu-niye-fite-basir
Oxunma sayı: 645

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Barselona” ilə oyunda sönük futbol sərgiləyən və iki real qol epizodunu boşa verən portuqaliyalı futbolçu “Real”a gəldiyi gündən etibarən ilk dəfədir ki, bu qədər tənqid olunur. Oyun zamanı “Real” azarkeşləri tərəfindən fitə basılan Ronaldo İspaniya mətbuatının da hədəfindən düşmür. 26 yaşlı futbolçunun yalnız “Qızıl Top”u qazanmaq (FİFA-nın “ilin ən yaxşı futbolçusu” nominasiyası üçün təqdim etdiyi mükafat) haqda düşündüyü və bu səbəbdən fərdi oyuna üstünlük verdiyi, komanda yoldaşlarını ötürmə ilə az-az təmin etdiyi qeyd olunur.

Ronaldonun komanda yoldaşları Serxio Ramos və İker Kasilyas isə onu müdafiə edib. Onlar bildirib ki, komandanın məğlubiyyətininin səbəbini bir oyunçuda görmək düzgün deyil.

Ceyhun Əhmədov