“Real” – “Bavariya” oyunundan sonra qalmaqal - Futbolçular hakimə hücum çəkdi

real-bavariya-oyunundan-sonra-qalmaqal
Oxunma sayı: 681

Çempionlar Liqasının ¼ finalının cavab oyunu olan “Real” – “Bavariya” (4:2) matçından sonra qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, almanların 3 futbolçusu qarşılaşmanın baş hakimi Viktor Kaşşaiyə hücum çəkiblər. Onlar  macar ədalət qoruyucusunun otağına daxil olublar. 

Tiyaqo Alkantara, Arturo Vidal və Robert Levandovski referinin otağına girərək yanlış qərarların səbəbini soruşublar.

Tərəflər arasındakı mübahisə o yerə çatıb ki, məsələyə polis qarışıb. Polislər hər 3 futbolçunu çətinliklə Kaşşaidən uzaqlaşdıra biliblər.